SONUNCU ZƏVVAR QRUPU AZƏRBAYCANDAN HƏCC ZİYARƏTİNƏ YOLA DÜŞÜB

0

Azərbaycandan Həcc ziyarətinə sonuncu zəvvar qrupu gedib.

Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, zəvvarlar ötən gün günorta saatlarında Məkkəyə çatıblar:

“Zəvvarlar axşam dini ayinləri icra ediblər. Sonuncu zəvvar qrupunda 180 nəfər olub”.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə səfər iyunun 17-dən başlayıb. Ümumilikdə 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə ziyarətə gedib. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

 

 

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALLAH BİZDƏN NECƏ QURBAN İSTƏYİR?

Qurban ibadətində əsas olan niyyətdir. İnsan qurban kəsərkən ilk olaraq niyyətini düzgün tutmağa çalışmalı, kəsdiyi qurbanı yalnız Allah rizası üçün...

Bağla