“SOSİAL ŞƏBƏKƏ MÜRŞİDLƏRİ HAZIRLAMALIYIQ”

0

“Hal-hazırda sosial şəbəkələr bir mürşid (irşad edən) halına gəlib. Biz də sosial şəbəkə mürşidləri hazırlamalıyıq.”

Bu sözləri “Səbahəddin Zaim” universitetinin dekanı, Diyanet işlərinin sabiq sədr müavini professor Həsən Kami Yılmaz deyib.

Harran universiteti İlahiyyat fakultəsinin təşkil etdiyi “İslam və İrşad” mövzulu “XVI Beynəlxalq Mövludu-Nəbi Simpoziumu”nda çıxış edən Yılmaz, sosial şəbəkədəki irşad fəaliyyətlərindən də danışıb.

“İrşad mənəvi dünyamıza istiqamət verən ən əhəmiyyətli tədris metodudur. Vizual və rəqəmsal media dünyamızı islah etmək əvəzinə məhv edir. Hal-hazırda sosial şəbəkələr bir mürşid halına gəlib. Məqsədinin xaricində istifadə edilən sosial şəbəkələr qarşımızda qurulmuş tələ kimidir. Övladlarımızın təxtəl-şüuruna hiss etdirmədən yaşayış tərzimizə, adət və ənənələrimizə zidd duyğu və düşüncələr yerləşdirir.   

Sosial şəbəkədən istifadə edən fərdlər uğur qazananda özlərinin vazkeçilməz olduqlarını düşünrlər, əks bir vəziyyətlə qarşılaşanda isə tükənmişlik sindromuna məruz qalırlar.

Ailəmizə çox diqqət edək. Övladlarımız kiminlə dostluq edir, intirnetdən istifadə edərkən hansı saytalara girir, bütün bunlara diqqət etməliyik. İrşad vasitələrini bu günün şərtlərinə uyğunlaşdırmalıyıq. İnsanlar sosial şəbəkədən çox istifadə edir. Biz də sosial şəbəkə mürşidləri hazırlamalıyıq.” – deyə Həsən Kamil Yılmaz bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycan və Ermənistan sülh müqaviləsinin fundamental bəndləri üzrə razılığa gəlib”

“Azərbaycan və Ermənistan sülh müqaviləsinin fundamental bəndləri üzrə razılığa gəliblər, indi bunu həyata keçirmək qalır”. Bunu Türkiyənin xarici işlər naziri...

Bağla