Sudanlı alimlər Makronun İslam Peyğəmbəri (SAV) əleyhində fikirlərinə etitaz ediblər

0

Sudanın paytaxtı Xartum şəhərində, Fransa prezidenti Makronun İslam Peyğəmbərinin əleyhində səsləndirdiyi fikirlərə qarşı etiraz aksiyası keçirilib.

İslamveirfan.com xəbər verir ki, Sudan “Alimlər və Din Xadimləri Şurası”nın təşkilatçılığı ilə keçirilən mitinqdə din xadimləri, akademiklərlə yanaşı yerli əhali də iştirak edib.   

Aksiyada Hz. Muhammədi (SAV) mədh edən şeirlər oxunub və Fransa əleyhinə şüarlar səsləndirilib.

Aksiyada çıxış edən şuranın üzvlərindən Ömər Abdurrahman, Həzrəti Muhammədin (SAV) üzərimizdəki haqqı üçün burada toplaşdıq – deyib.

“Avropadakı rəssamlar Allahın peyğəmbərinin, bir insanın özü üçün qəbul edə bilməyəcəyi çirkin və təhqiramiz bir tərzdə təsvir etmək cürətini göstəriblər. Bir milyard yarımdan yuxarı bir cəmiyyətin inandığı peyğəmbər təqdirə və hörmətə layiqdir. Allahla peyğəmbər sevgisi və Həzrəti Muhammədin (SAV) üzərimizdəki haqqı üçün bu gün burada toplaşmışıq.” – Abdurrahman çıxışında bildirib.

Afrika İslam universitetinin Əqaid və Fıqh kafedrasının müəllimi Muhamməd Həsən, “Müsəlmanlar Fransa mallarına embargo tətbiq etməlidir. Sosial şəbəkələrdə və bütün platformlarda etirazlarını bildirməlidirlər. Bir müsəlman olaraq bu bizim vəzifəmizdir. Qərb, müqəddəslərimizi təhqir etmək azadlığına son verməlidir.” – deyib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MN: Düşmən Tovuzu, Gədəbəyi və Daşkəsəni atəşə tutaraq dövlət sərhədində atəşkəsi pozur

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub. Noyabrın...

Bağla