1918-ci ilin 10 fevralında 34-cü Osmanlı sultanı II Əbdülhəmid 76 yaşında dünyadan köçüb. O, sultan Əbdülməcidin oğlu idi. 1842-ci ildə anadan olmuşdu.
Əbdülhəmid taxta çıxdığı zaman Osmanlı dövləti tam bir böhran içində idi. Çernoqoriya və Serbiyada aparılan müharibələr osmanlıların əleyhinə dönmüş, Bosniya-Hersoqovina və Griddə qiyamlar başlamış, maliyyə böhranı son həddə çatmışdı. Bu vaxt baş vəzir (sədrəzəm) Mithat Paşa və tərəfdarlarının istəyi ilə 23 dekabr 1876-cı ildə Birinci Hökumət elan edildi.
Qeyri-müsəlmanların da iştirak etdiyi Məclisin ilk işi Rusiyaya müharibə elanı oldu. Bu müharibə Osmanlı dövlətinə fəlakət gətirdi. Ruslar İstanbula qədər gəldilər. Sülh istəyən Sultan Əbdülhəmid ilk iş olaraq dövləti parçalanma və yoxolma yoluna doğru aparan Məclisi bağladı (13 fevral 1878) və ölkənin idarəsini tamamilə əlinə aldı.
Sultan Əbdülhəmid böyük məsələlər qarşısında böhrana düşən Osmanlı dövlətini bundan sonra dahiyanə bir siyasət, ədalət və qüdrətlə idarə etdi. 252 milyon olan dövlət borclarını 106 milyona endirdi, məscid, məktəb, mədrəsə, xəstəxana, bulaq, körpü və s. tikdirdi, ölkənin dörd bir tərəfinə dəmiryolu xətti çəkdirdi.
Sultan Əbdülhəmid yəhudilərin Fələstində bir dövlət qurma təşəbbüslərinin qarşısına çıxdı. Onların Osmanlı borclarını tamamilə silmək təkliflərini belə rədd etdi. Fələstin torpaqlarının yəhudilərə satılmaması üçün lazımlı tədbirlər gördü.
Şərqi Anadoluda erməni işğallarının qarşısını aldı, bölgədə asayişi təmin etdi, Osmanlı hakimiyyətini gücləndirdi. Sultan II Əbdülhəmidi taxtdan endirmədən Osmanlı dövlətini parçalaya bilməyəcəklərini görən bütün daxili və xarici düşmənlər bu türk sultanına sui-qəsd təşkil etdilər.
Beləcə, 30 il boyu dayanmış faciələr təkrar başladı. 31 mart 1908-ci ildə taxtdan endirilən II Əbdülhəmid Solonikiyə göndərildi və 10 fevral 1918-ci ildə vəfat etdi.



