“ŞUŞA ƏMƏLİYYATI”NIN DETALLARI İLK DƏFƏ BU FİLMDƏ TƏQDİM OLUNACAQ – VİDEO

0

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində geniş auditoriyaya təqdim olunacaq.

Bakı Media Mərkəzindən “Report”a verilən məlumata görə, müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunacaq.

Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT VƏ BİRİNCİ XANIM LAHICDA MƏSCİDDƏKİ BƏRPA-TƏMİR İŞLƏRİ İLƏ TANIŞ OLUBLAR

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıya səfər çərçivəsində Lahıc qəsəbəsində olublar. Dövlətimizin başçısı...

Bağla