ŞUŞA ƏTRAFINDAKI MÖVQELƏRİMİZ YENƏ ATƏŞƏ TUTULUB

0

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

İslamveirfan.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlunatda bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Xatırladaq ki, ötən gün də qanunsuz erməni silahlı dəstələrinin mövqelərimizi avtomat və pulemyotdan atəşə tutması barədə xəbər yayılmışdı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ TERRORÇULARA QARŞI QAZANILAN QƏLƏBƏNİN İLDÖNÜMÜDÜR

Türkiyədə uğursuz hərbi dövlət çevrilişi cəhdindən 5 il ötür. 2016-cı il 15 iyul tarixində hərbi formalı bir qrup terrorçu Türkiyədə...

Bağla