“Şuşada Beynəlxalq Media Forumda iştirak edəcəyimə görə qürur duyuram”

0

“Sabah mədəniyyət paytaxtı Şuşada Beynəlxalq Media Forumda iştirak edəcəyimə görə qürur duyuram”.

Bu sözləri “Report”a açıqlamasında Türk Dövlətləri Təşkilatının layihə direktoru Ersin Aydoğan deyib.

O bildirib ki, bu tədbir türk dünyasında və digər dövlətlərlə iş birliyinin inkişafı üçün önəmlidir:

“Biz də Türk Dövlətləri Təşkilatı olaraq türk dövlətləri arasında mətbuat sahəsindəki əlaqələrin inkişafı üçün səy göstəririk. Bu mövzuda ən böyük dəstək Azərbaycandan gəlir. Təkcə siyasi və iqtisadi deyil, hər sahədə türk dövlətləri arasındakı münasibətləri daha irəliyə aparmağa davam edəcəyik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə SQ-nin iştirakı ilə mühəndis-istehkamçıların peşəkarlıq səviyyəsi artırılır – VİDEO

2022-ci ilin hazırlıq planına əsasən Mühəndis Qoşunlarında şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə müntəzəm olaraq nəzəri və praktiki...

Bağla