ŞUŞADA TÜRK BİZNES FORUMU KEÇİRİLİR

0

Bu gün Şuşada işğaldan azad edilmiş ərazilərin bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumu keçirilir.

Forum Türk Dövlətləri Təşkilatının, Türk Ticarət və Sənaye Palatasının, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, eləcə də Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatının 4 daimi üzvü (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak edirlər. Forumun məqsədi türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunmasıdır.

Forumda rəsmi şəxslərin çıxışları, ikitərəfli görüşlər, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya imkanları” mövzusunda xüsusi sessiyanın keçirilməsi nəzərdə tutulur.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏHRA ŞİRİ – ÖMƏR MUXTARIN ŞƏHADƏTİNDƏN 91 İL ÖTÜR

Bu gün, Liviyanın azadlığı və müstəqilliyi üçün mübarizə edən, bu yolda edam edilərək şəhadət mərtəbəsinə ucalan tanınmış alim və sərkərdə...

Bağla