Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir

0

Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir.

“Qafqazinfo”nun məlumatına görə, artıq 5 gündür ki, profilaktik tədbirlər həyata keçirilir, sürücülərə xəbərdarlıqlar edilir və maarifləndirici-təbliğat işləri aparılır.

Bildirilib ki, Xankəndi şəhəri istiqamətindən Şuşa şəhərinə giriş İstiqlal küçəsi, şəhərdən çıxış isə 8 Noyabr küçəsi istiqamətində təşkil olunacaq.

Bununla yanaşı, qala divarlarının yaxınlığındakı yol və İstiqlal küçəsində yerləşən yol birtərəfli hərəkət üçün tənzimlənib.

Göstərilən xətt üzrə hərəkət etməyən sürücülər müvafiq qayda pozuntusuna görə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Alimlər əmrlə özünü məhv edən “canlı plastik” yaratdı

Alimlər özünü məhv edə bilən yeni növ plastik hazırlayıblar.  Ölkə.az xəbər verir ki, tədqiqatçılar materialın tərkibinə "yuxuda olan” bakterial sporlar...

Bağla