“TƏZƏPİR” MƏSCİDİNDƏ ŞƏHİDLƏRİN RUHUNA DUALAR OXUNUB

0

“Təzəpir” məscidində 27 sentyabr – Anım Günü ilə bağlı mərasim keçirilir.

Məsciddə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamlığı ilə namaz qılınır, şəhidlərin ruhuna dualar oxunur, onların əziz xatirəsi ehtiramla yad edilir.

Namazdan sonra QMİ-nin Qazılar Şurasının üzvü Hacı Faiz Nağızadə şəhidlərin ruhuna Quran oxuyub.

Qeyd edək ki, eyni vaxtda Ağdam və Şuşa məscidlərində də namaz qılınır.

Xatırladaq ki, 27 sentyabr Anım Günü ilə əlaqədar bir sıra tədbirlər keçirilir. Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə – məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur.

 

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
27 SENTYABR ANIM GÜNÜDÜR!

Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində...

Bağla