TAKSİM MƏSCİDİNİN YAXIN GÜNLƏRDƏ AÇILMASI PLANLAŞDIRILIR – FOTO

0

Türkiyə İstanbul şəhərinin Beyoğlu rayonundakı Taksim məscidinin yaxın günlərdə açılması planlaşdırılır. Məlumata görə müqəddəs ramazan ayının axırıncı cümə günündə məscidin açılışı olacaq.

Artıq məbədin əsas zalında 12 metr radiusu olan 60 lampalıq çilçırağın 20 metr hünüdürlüyə asıldığı bildirilir.

7 metr hündürlüyü və 3 metr eni olan əsas qapının yerləşdirilməsindən sonra məscidin daxilində rəngləmə və incəsənət işləri başladılıb.

Xəttat Davud Bektaş və nəqqaş Adem Turanın hazırladığı “Allah, Muhamməd, Əbubəkr, Ömər, Osman, Əli” yazılmış 6 xəttatlıq lövhəsi məscidin divarlarından asılıb.

Məscidin günbəzinə içəridən Fatihə surəsi, günbəzin ətrafına Ali-İmran surəsi, orta qurşağa Bəqərə surəsinin 285 və 286-ci ayələri ilə Haşr surəsinin 20 və 24-cü ayələri, giriş günbəzinə İxlas surəsi, giriş günbəzinin ətrafına Ayətəl-Kürsi, əsas qapının üstünə isə Nisa surəsinin 103-cü ayəsi yazılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANIN DAHA 12 QAZİSİ MÜALİCƏ ÜÇÜN TÜRKİYƏYƏ GÖNDƏRİLDİ

Vətən Müharibəsində ağır yaralanan daha 12 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Bu barədə Fonddan bildirilib. Türkiyəyə göndərilən qazilər bunlardır:...

Bağla