TANINMIŞ İLAHİYYATÇI VƏFAT ETDİ

0

Türkiyənin tanınmış ilahiyyatçı din xadimi Ömər Döngəloğlu vəfat edib. İslamveirfan.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl kovid-19 virusuna yoluxan Döngəloğlu, müalicə edildiyi Başakşehir xəstəxanasında bu gün dünyasını dəyişib.

Müxtəlif tele-kanallarda yayımlanan dini proqramlarda aparıcılıq da edən din xadiminin mövzuları əsasən Əhli-Beyt və Rasulullahın səhabələri olurdu.

Qeyd edək ki, Ömər Döngeloğlu 1968-ci ildə Türkiyənin Tokat vilayətinin Zile rayonunda anadan olub. Zile imam-hatib məktəbindən məzun olduqdan sonra Sakarya universietinin ilahiyyat fakultəsini bitirib.

İslamveirfan.com heyəti olaraq mərhuma Allahdan rəhmət, kədərli ailəsinə səbr arzulayırıq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MESUT ÖZİL ORUC TUTANLARA MADDİ YARDIM ETDİ

İngiltərənin “Arsenal” klubunun futbolçusu Mesut Özil Türkiyə Qırmızı Aypara Cəmiyyətinə 80 000 funt sterlinq məbləğində yardım edib. Məlumata görə, vəsait...

Bağla