TANINMIŞ İSLAM ALİMİ MUHAMMƏD ƏLİ SABUNİ VƏFAT EDİB

0

Tanınmış İslam alimi, Suriya əsilli Muhamməd Əli əs-Sabuni Türkiyənin Yalova şəhərindəki evində 90 yaşında vəfat edib.

Məkkədəki “Ümmül-Qura” universitetində 30 il fəaliyyət göstərən Şeyx Muhamməd Əli Sabuni hədis və fiqh sahəsində də ixtisas sahibi idi. Sabuni, başda “Safvətu-Təfasir” və “Muxtasaru Təfsiri İbn Kəsir” olmaqla 50-yə yaxın əsər yazıb.

Şeyx Muhamməd Əli Sabuni 1930-cu ildə Suriyanın Hələb şəhərində dünyaya gəlib. Atası Şeyx Cəmil Hələbin böyük alimlərindən biri olub. Sabuni ilk təhsilini atasından və Suriyanın böyük islam alimlərindən tədris edib.

Şeyx Muhamməd Nəcib Sirac,  Şeyx Əhməd əş-Şəmma, Şeyx Muhamməd Səid əl-İdlibi, Şeyx Raqib ət-Tabbax, Şeyx Muhamməd Nəcib Hiyata onun elm tədris etdiyi alimlərdən bəziləridir.

1954-cü ildə “Əzhər” universitetindən məzun olaraq “əl-Alimiyyə” diplomu alıb və ölkəsinə qayıdaraq 8 il müəllimlik edib.

Daha sonra Səudiyyə Ərəbistanına köçən Sabuni Məkkədəki “Ümmül-Qura” universitetinin əş-Şəria fakultəsində müəllimlik edib.

Allah rəhmət eləsin.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“İŞĞALÇI MÜHARIBƏ TƏBLIĞATI APARMAQ DIN XADIMLƏRINƏ YARAŞMAZ”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Fransanın Azərbaycandakı səfiri Zakari Qrossu qəbul edib. Bu barədə QMİ-nin Mətbuat Xidmətindən...

Bağla