Tanınmış yazar Paulo Koelyo Quran ayəsi paylaşaraq İzmir üçün ianə etdi

0

Braziliyalı məşhur yazıçı, kitabsevərlərin “Kimyagər” əsəri ilə tanıdığı Paulo Koelyo, İzmirdə zəlzələdən zərər çəkənlər üçün ianə edib və onları Quran ayəsi ilə təsəlli edib.

Sosial şəbəkədəki şəxsi səhifəsində Qurani-Kərimdən “İnşrah” (Şərh) surəsinin 5 və 6-cı ayəsini paylaşan yazar, zəlzələdən zərər çəkənlərə ianə edəcəyini bildirib.

“Şübhəsiz ki, hər çətinliklə birlikdə bir asanlıq vardır. Əlbəttə, hər çətinliklə birlikdə bir asanlıq vardır.” (Şərh-5,6)

Bütün türk dostlarımla həmrəyəm. Bazarertəsi günü Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyəti vasitəsilə zəlzələdən zərər çəkənlərə ianə edəcəyəm. Bu məbləğin zəlzələdən zərər görən ölkələr (Türkiyə və Yunanıstan) arasında necə bölünəcəyinə RCRC qərar verəcək.” – deyə Koelyo mesajında bildirib.   

Qırmızı Aypara cəmiyyəti yazarın bu hərəkətinə “Kimyagər” kitabından sitatla cavab verib.

“Bütün dünyada tanınmış yazar Paulo Koelyonun “Kimyagər” romanından sitat: “Ürəyin hardadırsa xəzinən də ordadır.” Ürəyindəki yaxşılıq və mərhəməti, o əngin yaxşılıq xəzinəsini bizimlə paylaşdığı üçün ona təşəkkür edirik.” – Qırmızı Ayparanın mesajında qeyd edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəsi pozan düşmən Ağdam və Ağcabədi rayonlarını atəşə tutur

Noyabrın 2-də saat 06:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutur. Həmçinin, Ermənistan silahlı...

Bağla