TARİXÇİ-YAZAR YAVUZ BAHADIROĞLU DÜNYASINI DƏYİŞDİ

0

Əsərlərində “Yavuz Bakadıroğlu” təxəllüsündən istifadə edən tarixçi-yazar Niyazi Birinci vəfat edib.

Bu barədə onun oğlu Mücahid Birinci social şəbəkədəki şəxsi səhifəsində məlumat paylaşıb.

“Yolumu aydınladan, mübarizəsi ilə mənə ilham verən, bir nəslin düzgün yetişməsində əməyi olan atamız Niyazi Birinci (Yavuz Bahadıroğlu) Allahın rəhmətinə qovuşdu.” – deyə paylaşımda yazılıb.

Mərhum Niyazi Birinci 1945-ci ildə Türkiyənin Rize şəhərində dünyaya gəlib.

1971-ci ildə İstanbulda jurnalistlik fəaliyyətinə başlayan Birinci “Yeni Asya” və “Yeni Nesil” qəzetlərində müxbir, redactor və yazar kimi fəaliyyət göstərib.

İlk dəfə “Suguroğlu”, sonra isə “Buhara yanıyor” romanlarını qələmə aldı. Davam edən illərdə Osmanlı imperatorluğunun müxtəlif dövrlərini əks etdirən 30-dan çox roman yazdı.

Birinci həmçinin uşaq kitabları, hekayə, pyes, film ssenariləri də yazıb.

İki kitabı Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilən Birinci radiolardan birində gündəmi şərh edir, həmçinin “Yeni Akit” qəzetində köşə yazarlığı edirdi.

Allah rəhmət eləsin!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TƏMİZLƏMƏ YOLLARI

Bağla