TBMM-də “Terrorsuz Türkiyə” ilə bağlı qanun layihəsi qəbul edilib

0

Türkiyə Böyük Millət Məclisində (TBMM) “Milli həmrəylik və ictimai inteqrasiyanın gücləndirilməsinə dair” qanun layihəsi qəbul edilib.

“Report xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qanun layihəsinin lehinə 468, əleyhinə 88 deputat səs verib, 6 nəfər tərəfsiz qalıb.

Bildirilib ki, qanun layihəsinin qəbul edilməsi “Terrorsuz Türkiyə” prosesi çərçivəsində atılan mühüm addımlardan biri hesab olunur. Belə ki, yeni qanunla könüllü təslim olan PKK terror təşkilatı mənsublarının hüquqi statusuna yenidən baxılır.

Xatırladaq ki, avqustun 8-də TBMM komissiyası “Terrorsuz Türkiyə”yə dair qanun layihəsini təsdiqləyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Rayonlarda qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata...

Bağla