TDT BAŞ KATİBİ ALLAHŞÜKÜR PAŞAZADƏ İLƏ GÖRÜŞÜB

0

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömuralıyev İstanbulda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Kubanıçbek Ömüralıyev “X” hesabında paylaşıb.

Görüş zamanı tərəflər türk dünyasında dinlərarası dialoqun, həmrəyliyin və mənəvi əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi apararaq, ailə dəyərlərinin qorunmasının və ortaq mədəni-mənəvi irsin gənc nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.

Müzakirə zamanı həmçinin, 14–15 sentyabr tarixlərində Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının 7-ci iclasına hazırlıqlar da müzakirə olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər

Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər...

Bağla