TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər

0

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən ölümcül silahlı hücumu pisləyib və bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez və hərtərəfli araşdırmanın aparılmasına çağırış ediblər.

“Report” xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündə qəbul olunmuş Ankara Bəyannaməsində bildirilir.

Sənədə əsasən, TDT dövlət başçıları, həmçinin bütün müsəlmanları incidən və gələcəkdə yeni irqçi, ksenofob və islamofob təxribat və hücumlara yol aça biləcək müqəddəs kitabımız Qurani-Kərimə qarşı son vaxtlar nifrət zəminində törədilən cinayətləri ən kəskin şəkildə qınayıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TDT DÖVLƏT BAŞÇILARI ANKARA BƏYANNAMƏSİNİ İMZALAYIBLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Bəyannamə...

Bağla