“TDT ölkələrinin köməyilə zəlzələnin nəticələrini qısa müddətdə aradan qaldıracağıq”

0

“Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin köməyilə zəlzələnin nəticələrini qısa müddətdə aradan qaldıracağıq”

“Report”un Ankara bürosunun məlumatına görə, bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunları ilə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Türk dünyası kədərdə də, sevinc də birgə olduğunu bir daha sübut etdi. Dünyanın 90 fərqli ölkəsindən gələn xilasedicilər də bizə dəstək verdilər. İlk dəstək də Türk dünyasından oldu. Türkiyə bu dəstəyi heç bir zaman unutmayacaq”.

Qeyd edək ki, fevralın 6-da yaşanan böyük zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən toplantı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutub.

Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Bəyannamə qəbul olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Türk Dövlətləri Təşkilatı səsin, nəfəsin və sinerjinin yeni mərkəzinə çevrilir”

“Ədalətli institusional strukturlardan məhrum birliklərin bloklandığı prosesdə Türk Dövlətləri Təşkilatı səsin, nəfəsin və sinerjinin yeni mərkəzinə çevrilir”. Bu sözləri Türkiyə...

Bağla