TDT-yə üzv dövlətlərin Dini Liderlər Şurasının növbəti toplantısı Azərbaycanda keçiriləcək

0

TDT-yə üzv dövlətlərin Dini Liderlər Şurasının növbəti toplantısı Azərbaycanda keçiriləcəkQismət Gözəlov

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Dini Liderlər Şurasının ikinci toplantısı Azərbaycanda keçiriləcək.

Bu barədə “Report”un Türkiyə bürosuna açıqlamasında TDT Baş katibinin müavini Qismət Gözəlov məlumat verib.

Onun sözlərinə görə, bu ilin sentyabr-oktyabr aylarında keçirilməsi nəzərdə tutulan toplantıda Dini Liderlər Şurasının Nizamnaməsinin qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, ötən gün İstanbulda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Dini Liderlər Şurasının birinci – təsis toplantısı keçirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZAD EDİLƏN ƏRAZİLƏRDƏ TÜRK-İSLAM ABİDƏLƏRİ BƏRPA OLUNUR”

"44 günlük Vətən müharibəsində Azərbaycan xalqı müdrik lideri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində 30...

Bağla