“TEKNOFEST” ŞUŞADA DA KEÇİRİLƏ BİLƏR

0

“Bu il Bakıda keçiriləcək “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının gələcəkdə Şuşada təşkil olunacağı istisna deyil”.

Bunu festivalla bağlı keçirilən mətbuat konfrasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

“Təbii ki, gələcəkdə bu festivalı Şuşada və Qarabağın digər ərazilərində keçirmək mümkün olacaq”, – deyə o, qeyd edib.

“TEKNOFEST” Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin (“T3 Vakf”ı) rəhbəri Səlcuq Bayraqdar isə deyib ki, tədbirin Şuşada keçirilməsində maraqlıdırlar.

“Bundan başqa, festival çərçivəsində baş tutan müsabiqələrin də bir qismi Qarabağda təşkil oluna bilər”, – deyə o, əlavə edib.

R.Nəbiyev isə həmçinin deyib ki, builki festival Bakıda keçirilsə də, digər ölkələrdən iştirakçılar virtual olaraq tədbirə qatıla bilər.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ SƏFİRİ AZƏRBAYCAN GƏNCLƏRİNƏ ÇAĞIRIŞ EDİB

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı azərbaycanlı gənclərə çağırış edib. Bu barədə tviter səhifəsində yazıb. “Gənclər, “Mənim də bir ideyam var”...

Bağla