Tuba Şah məscidinin TİKA-nın dəstəyilə bərpa olunması ilə bağlı tədbirlər keçirilir

0

Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpa olunması ilə bağlı tədbirlər həyata keçirilir.

Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.

O bildirib ki, tədbirlər Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) arasında imzalanmış niyyət məktubuna uyğun olaraq, TİKA-nın dəstəyi ilə həyata keçirilir:

“Artıq bütün layihə sənədlərinin hazırlanması və razılaşdırılması başa çatıb. Qısa müddətə bərpa-konservasiya işlərinə başlanılması planlaşdırılır”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə “Tayfun” raketinin uçuş məsafəsini min kilometrə çatdırmağı planlaşdırır

“Türkiyənin ilk “Tayfun” ballistik raketinin uçuş məsafəsinin təxminən iki dəfə artırılması, min kilometrə qədər çatdırılması planlaşdırılır”. Bunu Türkiyə Prezidenti Rəcəb...

Bağla