TUMİB-Ə YENİ SƏDR SEÇİLDİ

0

Azərbaycan “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri dəyişilib.  Bu barədə TUMİB ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda bildirilir ki,  TUMİB-in onlayn formatda növbəti Qurultayı keçirilib. Qurultay öz işinə Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olan Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsilə başlayıb.

Təşkilatın sədri Çingiz Bayramov TUMİB-in yaranmasından, fəaliyyətindən, gördüyü işlərdən, həyata keçirilən layihələrdən danışıb. O, təşkilatın yeni dönəm fəaliyyətinin qurulmasında, rəhbərliyində gənclərin aktiv çalışmasının vacibliyini qeyd edib.

Daha sonra Qurultayda təşkilatın sədrliyinə, İdarə Heyətinə və Nəzarət Təftiş Komissiyasına seçkilər keçirilib. Təşkilatın yeni sədri “Dokuz Eylül” Universitetinin dokturantı Tural Əfəndiyev seçilib. Yeni sədr TUMİB-i daha da irəli aparmağa, yeni üzvlər cəlb etməyə, maraqlı və önəmli layihələr icra etməyə çalışacağını, təşkilatın bundan sonra da Azərbaycan dövlətinin inkişafına çalışacağını, dövlətçiliyə sadiq olacağını bəyan edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ADY: BAKI-QƏBƏLƏ DƏMİRYOL XƏTTİ İSTİSMARA TAM HAZIRDIR

Bakı-Qəbələ dəmir yolu ətrafında bir xeyli işlər görülüb və hazırda sözügedən dəmiryol xətti istismara tam hazırdır. Bunu "Azərbaycan Dəmir Yolları"...

Bağla