“TURAZ QARTALI – 2022” TƏLİMİNDƏ BİR SIRA TAPŞIRIQLAR İCRA OLUNUB

0

“TurAz Qartalı – 2022” birgə taktiki-uçuş təlimində döyüş təyyarələri ilə ətrafı tanıma uçuşları icra edilib.

Sonra təlimin planına uyğun olaraq əməliyyat uçuşları yerinə yetirilib.

Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib.

Plana əsasən radioelektron mübarizə (REM) vasitələrindən istifadə edərək aldadıcı manevrlərlə şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaq və təyin olunan yerüstü hədəflərin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan və Türkiyənin hərbi pilotları qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi sahəsində yol xəritəsi hazırlanıb

"Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi sahəsində yol xəritəsi hazırlanıb". Bunu “Report”a açıqlamasında müdafiə sənayesi naziri Mədət Quliyev deyib. Onun sözlərinə...

Bağla