“TURAZ ŞAHİNİ – 2021”: AZƏRBAYCAN VƏ TÜRKİYƏ QIRICILARI DÖYÜŞ UÇUŞLARI HƏYATA KEÇİRDİLƏR – VİDEO

0

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri davam edir. Təlimin planına uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri gündüz döyüş uçuşları həyata keçiriblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib.

Plana uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri birgə əməliyyat çərçivəsində havadan hücumla şərti düşmənin hava hücumundan müdafiə vasitələrini, strateji obyektlərini və bu obyektləri müdafiə edən təyyarələrini məhv etmək tapşırığını uğurla icra ediblər.

Qeyd edək ki, Azərbaycan hərbi təyyarəçiləri təlimə Su-25 hücum və MİQ-29 qırıcı təyyarələri ilə qatılıblar.

Təlimlər sentyabrın 17-dək davam edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAMDA MƏCBURİYYƏT YOXDUR

İslam dinində əqidə azadlığı vardır. İslam dini heç kimə məcburi şəkildə qəbul etdirilə bilməz. Çünki son ilahi din olan İslam...

Bağla