“TURAZ ŞAHİNİ – 2021” BİRGƏ TAKTİKİ-UÇUŞ TƏLİMLƏRİ DAVAM EDİR – VİDEO

0

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin hərbi təyyarələri müxtəlif epizodlar üzrə döyüş uçuşları həyata keçiriblər.

Təlimin planına əsasən şərti düşmənin qırıcı aviasiyasının hücumunu dəf etmək, hava hücumundan müdafiə vasitələrindən aldadıcı manevrlərlə yayınmaq və təyin olunan yerüstü hədəflərinə zərbələr endirmək tapşırıqları üzrə əməliyyat uçuşları yerinə yetirilib. Qarşıya qoyulan döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.

Təlimlər davam edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ OMBUDSMANI: “ERMƏNİSTAN MÜTLƏQ CƏZALANDIRILMALIDIR”

“Azərbaycana səfərimizin məqsədi azad olunmuş ərazilərdə mədəni abidələrin durumunun araşdırılması, həmin ərazilərdəki minalarla bağlı vəziyyəti öyrənməkdir”. Bunu İslam Əməkdaşlıq Təşkilatı...

Bağla