Türk Dövlətlərinin Parlament Assambleyasının növbəti iclası İstanbulda keçiriləcək

0

Türk Dövlətlərinin Parlament Assambleyasının XII plenar iclası 27-29 aprel 2023-cü il tarixlərində İstanbulda keçiriləcək.

Ötən gün Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində TürkPA-nın XI plenar iclası keçirilib.

İclasda təşkilatın adı dəyişdirilərək Türk Dövlətlərinin Parlament Assambleyası adlandırılması qərara alınıb.

Görüşdə beynəlxalq təşkilatların nümayəndələri və TürkPA-ya üzv ölkələrin parlament nümayəndə heyətləri də iştirak ediblər.

Həmçinin iclasın əvvəlində TürkPA-ya sədrliyin Qazaxıstandan Qırğızıstana verilməsi mərasimi keçirilib.

Yekun olaraq TürkPA-nın 11-ci Baş Assambleyasının Çolpon-Ata Bəyannaməsi qəbul edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan Türkiyəyə köməyə gedən azərbaycanlı yanğınsöndürənlərlə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə meşə yanğınlarının söndürülməsi üçün köməyə gedən azərbaycanlı yanğınsöndürənlərlə görüşüb. Bu barədə Türkiyə Prezident Administrasiyası...

Bağla