Türkiyə XİN: Xocalıda yaşanan vəhşət vicdanlarda qara ləkə olaraq qalırTürkiyə XİN: Xocalıda yaşanan vəhşət vicdanlarda qara ləkə olaraq qalır

0

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, nazirlik bu barədə “X” sosial media hesabında yazıb.

“26 fevral 1992-ci ildə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində günahsız mülki insanlara qarşı törədilmiş qətliamı qətiyyətlə pisləyirik. Xocalıda yaşanan vəhşət vicdanlarda utancverici qara ləkə olaraq qalmaqda davam edir.

Qətlə yetirilən 613 qardaşımızın, yaralananların, əsir götürülən və itkin düşən bütün azərbaycanlı qardaşlarımızın acısını daim qəlbimizdə daşıyırıq.

Xocalı qətliamında həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığımızı bir daha ifadə edirik”, – paylaşımda qeyd olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan XİN: Xocalı soyqırımı Ermənistanın düşünülmüş siyasətinin tərkib hissəsi olub

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda soqyırımı Ermənistanın Azərbaycana qarşı aparılmış işğal...

Bağla