Türkiyə–Azərbaycan ikitərəfli əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində görüş keçiriləcək

0

Türkiyə–Azərbaycan ikitərəfli əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində görüş keçiriləcək.

“Report” xəbər verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyənin əmək, məşğulluq və sosial sahədə hədəfləri eynidir:

“Biz həqiqətən bir qardaş kimi birlikdə çalışırıq. Xüsusilə hər iki ölkənin vətəndaşlarının rifah səviyyəsinin artırılması, sosial təminat hüquqlarının qorunması və məşğulluğun inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət göstəririk. Xüsusilə işçi qüvvəsinin mobilliyi çox vacibdir. Bu regionda işçi qüvvəsinin hərəkətliliyi çərçivəsində bunun Türk Dövlətləri Təşkilatı altında idarə olunmasını istəyirik. Biz təşkilata üzv ölkələrin prezidentləri və əmək nazirləri ilə birlikdə bu istiqamətdə işlərimizi davam etdirəcəyik”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir. "Report" xəbər verir ki, toplantıda Azərbaycanın əmək...

Bağla