Türkiyə-Azərbaycan Universitetinin inkişaf perspektivləri müzakirə olunub

0

Türkiyə-Azərbaycan Universitetinin (TAU) Himayəçilər Şurasının 5-ci iclası keçirilib.

Bu barədə  Elm və Təhsil Nazirliyindən bildirilib.

İclasda Azərbaycanda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən TAU-nun fəaliyyətində iştirak edən Türkiyənin Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ), Orta Doğu Texniki Universiteti (ODTÜ) və Azərbaycan Texniki Universitetinin rektorları iştirak ediblər.

İclas çərçivəsində Türkiyə-Azərbaycan Universitetinin illik hesabatı, eləcə də gələcək inkişaf perspektivləri müzakirə edilib. İclas iştirakçıları universitetin fəaliyyətinin daha da təkmilləşdirilməsi və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MİNCİVAN QƏSƏBƏSİNİN İŞĞALDAN AZAD OLUNMASINDAN BEŞ İL ÖTÜR

Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Zəngilan rayonunun Mincivan qəsəbəsinin erməni işğalçılarından təmizlənməsindən beş il ötür. 2020-ci il oktyabrın 21-də Mincivan...

Bağla