Türkiyə, Gürcüstan və Azərbaycan cinayətkarlığa qarşı birgə mübarizəni müzakirə edəcək

0

Türkiyə, Gürcüstan və Azərbaycanın Daxili İşlər nazirlikləri (DİN) arasında cinayətkarlığa qarşı birgə mübarizə məsələlərinin müzakirəsi üçün üçtərəfli mexanizmin yaradılması planlaşdırılır.

“Report xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi “TGRT Haber”ə müsahibəsində deyib.

O bildirib ki, Gürcüstana son səfəri zamanı Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli mexanizmin yaradılması təklifini irəli sürüb.

“Yaxın günlərdə onu fəaliyyətə keçirəcəyik”, – nazir qeyd edib.

Xatırladaq ki, M. Çiftçi Gürcüstana səfəri çərçivəsində gürcüstanlı həmkarı ilə cinayətkarlığa qarşı birgə mübarizə məsələlərini müzakirə edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqlar başa çatdırılıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də məlumat...

Bağla