“TÜRKİYƏ İLK DƏFƏ Aİ VƏ NATO ÜZVÜ OLAN ÖLKƏYƏ DRON TƏDARÜK EDƏCƏK”

0

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ilə Ankarada rəsmi səfərdə olan Polşa prezidenti Ancey Duda arasında görüş olub. Rəsmi sənədlər imzalandıqdan sonra birgə mətbuat konfransı keçirilib.

Türkiyə lideri Polşaya “Bayraktar TB2” hərbi dronların ixracından bəhs edərək bildirib: “Türkiyə tarixində ilk dəfədir ki, NATO və Avropa İttifaqına üzv ölkəyə pilotsuz uçuş aparatı ixrac etməkdədir”.

Həmçinin NATO-nun Təkmilləşdirilmiş Hava Polisliyi Missiyası çərçivəsində Türkiyə Hava Qüvvələrinə məxsus F-16 təyyarələrinin yaxın vaxtda Polşaya göndəriləcəyini qeyd edən Ərdoğan vurğulayıb:

“NATO-nun Türkiyəyə uyğun etimad tədbirləri çərçivəsində Polşa tərəfindən İncirlik bazamıza dəniz keşik təyyarəsi və hərbi heyət göndərilməsini məmnuniyyətlə qarşılayırıq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CƏNNƏTİN AÇARI

لَا إِلَهَ إِلَّا لله İnsanın dünya və axirət səadətini əldə etməsi üçün Allah inancına sahib olması şərtdir. Həzrət Adəmdən (ə.s)...

Bağla