TÜRKİYƏ İLK DƏFƏ AZƏRBAYCANDA YENİ SUALTI QAYIĞINI NÜMAYİŞ ETDİRİR

0

Türkiyə IV Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) Sərgisində ilk dəfə “STM 500” kiçik sualtı qayığını nümayiş etdirir.

“Report” xəbər verir ki, tədbirdə həmçinin Türkiyənin ilk milli freqatı – İ sinifli MİLGEM, STM-MPAC raketli kater, fırlanan qanadlı zərbə PUA sistemi KARGU, sabit qanadlı PUA sistemi ALPAGU və müşahidəçi PUA sistemi TOGAN sərgilənir.

Qeyd edək ki, Türkiyə Müdafiə Sənayesi İdarəsi rəhbərliyi altında fəaliyyət göstərən STM (Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.) hərbi dəniz platformalarından taktiki mini PUA sistemlərinə, kibertəhlükəsizlikdən komanda idarəetmə sisteminə qədər innovativ və milli sistemlər istehsal edir.

Xatırladaq ki, Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi keçirilir və Türkiyənin 41 şirkəti bu sərgidə iştirak edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİ SON GÜNLƏR İNTENSİV ATƏŞƏ TUTULUR

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur. Sentyabrın 5-i axşam saatlarında...

Bağla