TÜRKİYƏ MƏKTƏBLİLƏRİ PREZİDENT İLHAM ƏLİYEVƏ MƏKTUB YAZIB

0

Türkiyə məktəbliləri Prezident İlham Əliyevə məktub yazaraq Qarabağın işğaldan azad olunmasına çox sevindiklərini və nə vaxtsa ora səfər etməyi arzu etdiklərini bildiriblər. Məktuba dərhal reaksiya verilib.

Dövlət başçısının tapşırığı ilə məktubu yazan Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Azərbaycana dəvət edilib. Onlar Azərbaycana gələrək bir sıra yerlərdə, o cümlədən Füzuli və Şuşada olub. Şagirdlər deyib ki, dərsdə amerikalı bir uşağın Mustafa Kamal Atatürkə yazdığı məktubdan təsirlənərək dövlət başçılarından birinə məktub yazmaq istəyiblər, sinif olaraq qərara gəliblər ki, məktubu İ.Əliyevə yazsınlar. Onlar məktubda Azərbaycan yanğınsöndürənlərinin Türkiyədəki meşə yanğınlarının qarşısının alınmasındakı fədakarlığından da söz açıblar. Məktəblilərin səfəri sabah başa çatacaq.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyənin xüsusi xidmət orqanları İraqda PKK-nın xüsusi təhlükəli terrorçusunu saxlayıb

Türkiyə təhlükəsizlik qüvvələri PKK terror təşkilatının xüsusilə təhlükəli üzvü Abdulkərim Yılmazı saxlayıb və ölkəyə təhvil verib. “Anadolu” xəbər verir ki,...

Bağla