Türkiyə Malatyada “Patriot” sistemi yerləşdirir

0

Türkiyə Malatyada ölkə ərazisini potensial hava təhlükəsindən qorumaq üçün “Patriot” hava hücumundan müdafiə sistemi yerləşdirir.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu qərar bölgədə baş verən hadisələr fonunda alınıb:

“Türkiyənin milli səviyyədə gördüyü təhlükəsizlik tədbirləri ilə yanaşı, NATO tərəfindən də hava hücumundan müdafiə tədbirləri artırılıb. Bu çərçivədə hava məkanımızın qorunmasına dəstək vermək üçün təyin edilmiş bir “Patriot” sistemi Malatya şəhərində yerləşdirilir”.

Qeyd edək ki, İrandan müxtəlif vaxtlarda Türkiyə hava məkanına daxil olan 2 raket NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TDT-nin növbəti iclası Şuşada baş tutacaq

Türk Dövlətləri Təşkilatının (TDT) rəqabət orqanları rəhbərlərinin üçüncü iclasının tarixi açıqlanıb. "Report" xəbər verir ki, Şuşada keçirilməsi nəzərdə tutulan toplantı cari...

Bağla