Türkiyə mina təhdidi ilə mübarizədə Azərbaycana dəstəyini davam etdirəcək

0

Türkiyə mina təhdidi ilə mübarizədə Azərbaycana müxtəlif platformalarda güclü və qətiyyətli dəstəyini davam etdirəcək.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.

“Bu gün (Dünən) Qarabağın Ağdam və Cəbrayıl rayonlarında baş vermiş mina hadisələrində yaralanan azərbaycanlı qardaşlarımıza şəfa arzulayırıq. İşğaldan azad olunmuş Qarabağda hələ də müəyyənləşməmiş çox sayda mina ilə bağlı can Azərbaycanın təhlükəsizlik narahatlıqlarını bölüşürük”, – paylaşımda bildirilib.

Xatırladaq ki, bu gün (Dünən) Cəbrayıl və Ağdam rayonlarında mina hadisələri baş verib. Cəbrayıl rayonundakı hadisədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı yaralanıb. Ağdam rayonundakı partlayışda isə bir ailənin üç üzvü xəsarət alıb.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İmanın Coşqunluqla Yaşanması

İmanın Mənası və Əhəmiyyəti İman ağlın nuru, vicdanın cilası və qəlbdəki duyğuların ahəngidir. Bu müvəqqəti dünyadan əbədi həyata xoşbəxt şəkildə...

Bağla