Türkiyə MN: Hərbi Hava Qüvvələrimiz Bakı səmasında qardaşlığımızı dünyaya bəyan edəcək

0

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə nazirlik “X” sosial media hesabında paylaşım edib.

“5 il öncə Qarabağda böyük bir zəfər qazanan azərbaycanlı qardaşlarımızın 8 Noyabr Zəfər Gününü ürəkdən təbrik edir, bütün qardaşlarımıza səmimi salamlarımızı çatdırırıq.

Türkiyə və Azərbaycan əbədi olaraq “Bir millət, iki dövlət” prinsipi ilə bir və bərabər olmağa davam edəcək!”, – paylaşımda qeyd olunub.

Nazirlik başqa bir paylaşımda isə Türkiyə komandolarının Bakı küçələrini cəsarət və qardaşlıq sədaları ilə dolduracaqlarını, azərbaycanlı qardaşlarını qürurla salamlayacaqlarını bildirib.

“Hərbi Hava Qüvvələrimizin döyüş təyyarələri isə Ay-Ulduzun qüdrətini Bakı səmasında əks etdirərək əbədi qardaşlığımızı dünyaya bəyan edəcək”, – paylaşımda vurğulanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ XİN AZƏRBAYCANI ZƏFƏR GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. "Report" xəbər verir ki, nazirlik bu barərə...

Bağla