TÜRKİYƏ MÜDAFİƏ NAZİRLİYİ BU İL ZƏRƏRSİZLƏŞDİRİLƏN TERRORÇULARIN SAYINI AÇIQLAYIB

0

Türkiyənin Silahlı Qüvvələri ilin əvvəlindən regionda müxtəlif terror təşkilatlarının 2 300-dən çox yaraqlısını zərərsizləşdirib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyədə və xaricdə həyata keçirilən əməliyyatlarla bağlı məlumatı açıqlayan nazirliyin sözçüsü mayor Pınar Kara bildirib ki, bölgədə terrorçulara qarşı mübarizə davam edir. “Təkcə oktyabr ayı ərzində Türkiyədə və xaricdə 27 əməliyyat keçirilib, bu əməliyyatlar zamanı 279 terrorçu zərərsizləşdirilib. İlin əvvəlindən zərərsizləşdirilən yaraqlıların ümumi sayı 2 360 nəfərə çatıb”, – deyə müdafiə qurumunun nümayəndəsi əlavə edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞAMAXIDAKI PİRSAAT BABA ZİYARƏTGAH-MƏSCİDİN AÇILIŞI OLUB – VİDEO

Noyabrın 1-də Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci...

Bağla