TÜRKİYƏ ORDUSU 25 TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRİB – VİDEO

0

Türkiyə Müdafiə Nazirliyinə bağlı Türk Silahlı Qüvvətlərinin (TSK) hərbçiləri “Fırat Kalkanı” və “Barış Pınarı” bölgələrində 25 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

İslamveirfan.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sosial şəbəkədəki rəsmi səhifəsində paylaşılıb.

“Şəhidlərimizin qanı yerdə qalmadı, qalmır, qalmayacaq. Qəhraman əsgərlərimiz “Fırat Kalkanı” və “Barış Pınarı” bölgələrində 25 PKK/YPG terrorçusunu, qarşısını almaq və cəzalandırmaq zərbələri ilə zərərsizləşdirib.. terrorçuları qazdıqları xəndəklərdə basdırmağa davam edəcəyik.” – deyə nazirliyin paylaşımında qeyd edilib.

Xatırladaq ki, ötən gün TSK-nın 2 hərbçisi “Fırat Kalkanı” bölgəsində şəhid olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN İSLAM SƏKKİZLİYİNƏ ÜZV OLMAQ ÜÇÜN MÜRACİƏT EDİB

“D-8 (“İslam səkkizliyi” - red.) təşkilatının daha da möhkəmləndirilməsi üçün nələr edəcəyimizi müzakirə edirik. Hazırda təşkilata Banqladeş sədrlik edir. Qarşımıza...

Bağla