TÜRKİYƏ ORDUSU ÇOX SAYDA TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRDİ – VİDEO

0

Türkiyə Silahlı qüvvələrinin (TSK) keçirdiyi əməliyyatla separatçı terror qruplaşmasının çox sayda terrorçu məhv edilərək zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat paylaşılıb.

“Qəhraman desantlarımız “Sülh Çeşməsi” (Barış Pınarı) bölgəsinə keçməyə cəhd edən PKK/YPG terrorçularını zərərsizləşdirməyə davam edir. Hücum məqsədilə bölgəyə girməyə təşəbbüs göstərən 20 PKK/YPG terrorçusu hərbçilərimizin uğurlu müdaxiləsi ilə məhv edilib.” – deyə nazirliyin məlumatında bildirilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MN: XOCAVƏNDDƏ ERMƏNİ TƏXRİBATI NƏTİCƏSİNDƏ BİR ƏSGƏRİMİZ ŞƏHİD OLUB

Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış...

Bağla