TÜRKİYƏ ORDUSU İRAQDA ÜMUMİLİKDƏ 76 TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRİB

0

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK-nın daha 3 terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da öldürülən silahlıların sayı 76-ya çatıb.

İraqın 3 bölgəsində aprelin 18-dən bugünədək “Pençe Kilit” antiterror əməliyyatı çərçivəsində terrorçuların hədəflərinə artilleriya zərbələri endirilib.

Milli Müdafiə Nazirliyi Türkiyə sərhədi yaxınlığında terror təhlükəsinin aradan qaldırılması üzrə əməliyyatların davam etdiriləcəyini vurğulayıb.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycanın yox, Ermənistanın yanında dayananlar imperialistlərin alətidir”

“Türkiyə azərbaycanlı qardaşlarımızın Qarabağda mübarizəsinə dəstək verərkən CHP-dən biri çıxıb "Türkiyə Qarabağa cihadçı göndərir”, - dedi. Azərbaycanın yox, Ermənistanın yanında...

Bağla