Türkiyə PA: İsrailin Məscidül-Əqsada ibadətə mane olması qəbuledilməzdir

0

Türkiyə İsrailin Məscidül-Əqsada ibadətə mane olma cəhdini qəbuledilməz adlandırıb.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Bu, təkcə müsəlmanlara deyil, bütün bəşəriyyətə qarşı hörmətsizlik və beynəlxalq hüququn pozulmasıdır”,- o bildirib və əlavə edib ki, İsrailin Livana qarşı başlatdığı quru əməliyyatı isə bölgədəki gərginliyi artırır və Livanın suverenliyi, ərazi bütövlüyünü hədəf alır:

“Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində Türkiyə olaraq, müqəddəs məkanlara, Livanın suverenliyi, ərazi bütövlüyü və regional sabitliyin pozulmasına yönəlmiş hər cür hücumun qarşısında dayanmağa davam edəcəyik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanın Türkiyədəki səfirliyi 10 gün konsulluq xidməti göstərməyəcək

Azərbaycanın Türkiyədəki səfirliyi 10 gün konsulluq xidməti göstərməyəcək. "Report" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. Bildirilib ki,...

Bağla