Türkiyə Prezidenti 12 ölkəyə yeni səfir təyin edib

0

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan 12 ölkəyə yeni səfir təyin edib.

“Report” xəbər verir ki, dövlət başçısının bununla bağlı sərəncamları “Resmi Qəzet”də dərc olunub.

Sərəncamlara əsasən Ayşe Hilal Finlandiyaya, Alper Aktaş Şimali Makedoniyaya, Haydar Kerem Divanlıoğlu Burundiyə, Kaan Esener Filippinə, Necati Sancaktutan Bəhreyn Krallığına, Hüseyn Ergani Oman Sultanlığına, Fikriye Aslı Güven Namibiyaya, Fatih Yıldız Koreya Respublikasına, Fahri Türker Oba Sudana, Ferhat Alkan Somaliyə, Özgür Gökmen Qambiyaya və Ayça Oşafoğlu İnam Mozambikə səfir təyin ediliblər.

Bundan əlavə, Türkiyənin Burundidəki səfiri Alp İşıklı və Şimali Makedoniyadakı səfiri Fatih Ulusoy geri çağırılıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə TDT-nin beynəlxalq arenada rolunu gücləndirmək niyyətindədir

Türk Dövlətləri Təşkilatının (TDT) qarşıdan gələn sammiti Türk dövlətləri arasında qarşılıqlı əlaqələrin yeni mərhələsi olmalıdır. "Report"un Qazaxıstan bürosunun verdiyi məlumata...

Bağla