Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və digər rəsmi şəxslər qarşıladılar.

Bildirilib ki, Türkiyə lideri 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda keçiriləcək mərasimdə iştirak edəcək.

Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev və mərasimə qatılacaq Pakistanın Baş naziri Şahbaz Şəriflə ikitərəfli görüş keçirəcəyi nəzərdə tutulur.

Görüşlərdə regional və qlobal məsələlərin müzakirəsi planlaşdırılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HAVA 23 DƏRƏCƏ İSTİ OLACAQ

Bakıda noyabrın 9-da 20, rayonlarda isə 23 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron...

Bağla