TÜRKİYƏ PREZİDENTİNİN MÜŞAVİRİ AZƏRBAYCAN PREZİDENTİNƏ TƏŞƏKKÜR EDİB

0

“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Dostluq” ordeninə layiq görülməyim, həyatımın ən qürurverici hadisələrindən biri oldu. Elmi fəaliyyətimin 30 ilindən çoxunu Azərbaycan-Türkiyə əlaqələrinə həsr etmiş bir insan olaraq çox qürurlandım. Cənab Prezidentə dünya azərbaycanlılarına göstərmiş olduğu qayğıdan ötrü minnətdarlığımı bildirirəm”.

Bu fikirləri “Report”un yerli bürosuna eksklüziv açıqlamasında Türkiyə Prezidentinin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə müşaviri Aygün Attar Azərbaycan Prezidentinin onu “Dostluq” ordeni ilə təltif etməsinə münasibət bildirərkən deyib.

Aygün Attar qeyd edib ki, əslən Qarabağdan olan biri kimi ən böyük mükafatı Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti ilə işğaldan azad edilən Qarabağ torpaqları oldu:

“Yeri gəlmişkən, Şuşaya Dünya Azərbaycanlılarının V Qurultayına dəvət olunmuşam. Şuşa ilində orada toplanmağımız olduqca əlamətdardır və bu fürsəti də bizə verən, dəmir yumruğuyla zəfərə imzasını atan Azərbaycan Prezidentinə Vətəndən uzaqda, ancaq ürəyi Vətənlə döyünən dünya azərbaycanlıları adından təşəkkürlərimi bildirirəm.

Çox böyük bir qürurdur ki, yaxamda Vətənim tərəfindən mənə verilən 2016-cı ildə “Vətənə xidmət” ordeni, 2022-ci ildə doğum günüm ərəfəsində cənab Prezidentin sərəncamı ilə mənə verilən “Dostluq” ordeni ilə birlikdə Vətən torpağına gedəcəyəm”.

A.Attar hər zaman Azərbaycan dövlətinin haqlı mübarizəsində dövlət mənafelərindən çıxış edəcəyini bildirib: “Tanrı Azərbaycanı, qəhrəman Azərbaycan Ordusunu, bütün gözəl xüsusiyyətlərə malik olan millətimizi qorusun!”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA DİNİ QURUMLARA MALİYYƏ YARDIMI AYRILIB – SƏRƏNCAM

Prezident İlham Əliyev "Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamla Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün...

Bağla