Türkiyə PUA əleyhinə müdafiə sistemlərinin istehsalına başlayır

0

Türkiyə pilotsuz uçuş aparatları (PUA) əleyhinə müdafiə sistemlərinin istehsalına başlayıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmail Dəmir məlumat verib.

O, Türkiyənin bu səviyyəyə asanlıqla gəlib çatmadığını bildirib.

İdarə rəisi həmçinin deyib ki, hazırda “Hürjet” reaktiv təlim təyyarəsinin sınaqları keçirilir: “Təyyarə 2023-cü ildə istifadəyə veriləcək”.

İ.Demir “Gökbey” helikopterlərinin də sürətli istehsalına başlanıldığını, yerli döyüş təyyarələrinin beşinci nəsil olacağını da vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİN XADİMİ XÜTBƏ OXUYARKƏN DÜNYASINI DƏYİŞDİ – VİDEO

Mərakeşdə din xadimi cümə xütbəsini oxuyarkən minbərdə dünyasını dəyişib. Bu hadisəni əks etdirən video-görüntülər sosial şəbəkə platformlarında paylaşılıb. Məlumata görə...

Bağla