TÜRKİYƏ SƏFİRİ AZƏRBAYCANA TƏŞƏKKÜR EDİB

0

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı qardaş ölkənin Cümhuriyyət Günü münasibətilə Bakı Olimpiya Stadionu (BOS) Türkiyə bayrağı ilə işıqlandırılması ilə əlaqədar ölkəmizə təşəkkür edib.

Səfir bu barədə özünün tviterdəki səhifəsində yazıb.

“Cümhuriyyət Bayramımıza mənalı dəstək verən qardaş Azərbaycana ürəkdən təşəkkür edirik”, – deyə səfir sosial şəbəkədəki hesabında yazıb.

Qeyd edək ki, Türkiyənin Cümhuriyyət Günü münasibətilə Bakı Olimpiya Stadionu (BOS) bu ölkənin bayrağı ilə işıqlandırılıb. Şəhərin müxtəlif yerlərindən stadionun üzərində olan Türkiyə bayrağını izləmək mümkün olub.

İşıqlandırma Bakı Olimpiya Stadionu tərəfindən həyata keçirilib.

Resim

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NECƏ ÖYRƏNİRİK?

"Çoxşaxəli  Zəka (İntellekt) Nəzəriyyəsi" Təhsil sistemində uğurlu nəticə əldə etmək üçün çoxlu zəka nəzəriyyəsində yer alan müxtəlif zəka şəkillərini bilmək...

Bağla