TÜRKİYƏ SƏFİRİ AZƏRBAYCANIN YARDIMI BARƏDƏ: “BUNUN ADI QARDAŞ KÖMƏYİDİR”

0

Türkiyənin respublikamızdakı səfiri Cahit Bağçı Azərbaycanın amfibiya tipli təyyarəsinin Muğladakı yanğınlarla mübarizəyə yardımını qardaş köməyi adlandırıb.

Bu barədə səfir tviter hesabında yazıb.

“Bunun adı qardaş köməyidir”, – səfir sosial şəbəkə hesabında vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

Dünən səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.

Resim

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZƏRBAYCANI DƏSTƏKLƏDİK, YANINDA OLDUQ, BUNDAN SONRA DA DƏSTƏKLƏYƏCƏYİK”

“Biz Azərbaycanı dəstəklədik, onun yanında olduq və bundan sonra da dəstəkləyəcəyik”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Biz...

Bağla