“REGİONDA BİRLİKDƏ YAŞAMAĞIN ŞƏRTLƏRİ YERİNƏ YETİRİLMƏLİDİR”

0

“Qarabağ Zəfərinin birinci ildönümü ədalətin təmin olunmasının göstəricidir”.

Bunu açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı deyib. O bildirib ki, Azərbaycan BMT Təhlükəslik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazi bütövlüyünü təmin edib.

Diplomat vurğulayıb ki, Türkiyə bu prosesə mənəvi və siyasi dəstək göstərib: “Bundan sonra regionun potensialını birlikdə qiymətləndirməkdə fayda var. Cənab Prezidentin də dediyi kimi, bundan sonra sülhü müzakirə etməliyik. Birlikdə yaşamağın şərtləri yerinə yetirilməlidir. Qarabağ Zəfərinin birinci ildönümü ilə bağlı olaraq bir daha cənab Prezident İlham Əliyevi, qazilərimizi, Azərbaycan xalqını təbrik edirəm”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞƏKİDƏKİ İMAM ƏLİ MƏSCİDİ ÖLKƏ ƏHƏMİYYƏTLİ ABİDƏLƏRİN SİYAHISINA DAXİL EDİLİB

Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı genişlənidirilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Şəki şəhəri, F.Xoyski...

Bağla