Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

0

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xocalı faciəsi ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, səfir bu barədə “X” sosial media hesabında yazıb.

“26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən və insanlıq tarixinə qara ləkə kimi düşən Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə anırıq. Xocalıda qətlə yetirilən 613 günahsız insanı rəhmətlə yad edirik”, – paylaşımda vurğulanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XOCALI SOYQIRIMINDAN 34İL ÖTÜR

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür....

Bağla